Polşa hərbi qulluqçuları amerikalı hərbçilərlə birgə təlimlər keçib


Digərləri 22 Noy 2019 07:41:00 286 0

Polşa hərbi qulluqçuları amerikalı hərbçilərlə birgə təlimlər keçib

Polşalı hərbi qulluqçular ABŞ-ın Qərbi Virciniya ştatının qvardiyası və xüsusi təyinatlı qüvvələri ilə Elkins şəhəri yaxınlığında təlimlərdə iştirak edib.

Son.az ordu.az-a istinadən xəbər verir ki, Polşa qoşunları "Guardian Ridge Runner" proqramı çərçivəsində bu təlimlərdə iştirak edirdi.

Qeyd olunur ki, təlimlərdə iştirak etmək üçün 100-dən çox hərbi qulluqçu noyabrın 1-də Qərbi Virciniyaya gəlib.