ABŞ səfirliyi Amerikanın AfroLatin Musiqi Qrupunun Azərbaycana səfərini maliyyələşdirir FOTO


Digərləri 22 Noy 2019 07:35:00 325 0

ABŞ səfirliyi Amerikanın AfroLatin Musiqi Qrupunun Azərbaycana səfərini maliyyələşdirir  FOTO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi mədəniyyətlərarası anlayış və əməkdaşlığı möhkəmləndirmək üçün tanınmış amerikan musiqiçilərini dünya ölkələrinə gətirən ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi proqramı çərçivəsində Afro-Latın sintez qrupu "Buyeponqo"nun Azərbaycandakı ilk konsertini maliyyələşdirməkdən məmnunluq duyur.

Son.az Trend-ə istinadən bildirir ki, "Buyeponqo" qrupu Azərbaycanda olarkən müxtəlif konsert proqramları ilə çıxış edəcək, yerli musiqiçi və tələbələrlə musiqi/cem sessiyaları keçirəcəkdir. "Buyeponqo"nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı hip-hop, pank, fank və caz musiqisi ilə maraqlanan hər kəsi aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edir:

21 noyabr - Park Bulvar Mall - 19:00

22 noyabr - Gəncə Dövlət Filarmoniyası - 17:00

23 noyabr - Şəki Dövlət Dram Teatrı - 16:00

24 noyabr - Zaqatala Mədəniyyət Mərkəzi - 15:00

25 noyabr- Qəbələ Mədəniyyət Mərkəzi - 15:00