ABŞ prezidenti müvəqqəti büdcəni imzalayıb


Dünya 22 Noy 2019 04:29:30 275 0

ABŞ prezidenti müvəqqəti büdcəni imzalayıb

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, 20 dekabra qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, 20 dekabra qədər fəaliyyət göstərəcək federal hokumətin maliyyələşdirilməsini uzadan müvəqqəti büdcəni imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.

Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.

2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun “şatdaun”a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.

“Şatdaunlar” zamanı minlərlə federal qulluqçu yeni büdcə qəbul edilənə qədər ödənişsiz məzuniyyətə göndərilir. Bu prosesin hiss olunan cəhətlərindən biri ABŞ səfirliklərinin viza bölmələrinin fəaliyyətinin dayandırılmasıdır.