Yeni kukla teatrı açılıb (FOTO)


Digərləri 22 Noy 2019 02:16:11 273 0

Yeni kukla teatrı açılıb (FOTO)

Baş İdarə yeni "Kilimarası” kukla teatrının açılışını edib

Bakı. Noyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası” kukla teatrının açılışı olub. İdarədən Trend-ə verilən məlumata görə, açılış zamanı "Min bir gecə" nağılları əsasında "Ələddin" tamaşasının premyerası keçirilib. Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər. Tamaşadan öncə Mədəniyyət Mərkəzinin foyesində kuklardan ibarət sərgi təşkil edilib və kilimarxasında bir necə tamaşadan kiçik parçalar təqdim olunub. (adsgarden = window.adsgarden || []).push({}); Yüksək səviyyədə və çox uğurla oynanılan "Ələddin" tamaşası alqışlarla qarşılanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin