Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür


Digərləri 22 Noy 2019 00:01:00 344 0

Günün qoroskopu: xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - zəifliklərinizə müqavimət göstərin. Onlar çoxsaylı və müxtəlifdir, ancaq bunlara sinə gərmək üçün kifayət qədər gücünüz var. Unutmayın, bugünkü bütün hərəkətləriniz gec, ya da tez hər kəsə bəyan olacaq - odur ki, sonra utanacağınız bir addım atmayın. Sənədlərin hazırlanması, dövlət orqanlarının nümayəndələri ilə təmaslar üçün münasib gündür. Vacib məlumatı vaxtında alacaq və ondan lazımi qaydada istifadə edəcəksiniz. Unutmayın, şəxsi işlərinizdə tələskənlik və həddən artıq qətiyyət göstərməyiniz hər şey korlaya bilər, götür-qoy etməlisiniz.

Buğa - uzun müddət sizi irəliləməyə qoymayan emosional problemləri həll etməyin zamanı gəldi. Bu asan olmayacaq, ancaq səylərinizin nəticəsindən məmnun qalacaqsınız. İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür - bu, həm kefinizi qaldırır, həm də pozitiv əhvala köklənməyə imkan yaradır. Ətrafınızdakılara qarşı gerçək marağınız yeni tanışlıqlar qurmağa imkan verir: münasibətlər o qədər sürətli inkişaf edir ki, bəzən hətta özünüzü də qorxudur. Ancaq perspektivlər heç də pis deyil.

Əkizlər - çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək. Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.  

Xərçəng - ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Xərçənglər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər. Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

Şir - bu günün hadisələri bir çox Şirləri sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür. Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.

Qız - mürəkkəb məsələlərin həlli, birmənalı olmayan şəraitdən çıxış yolunun tapılması üçün münasib gündür. Bu gün ağlınıza gələn ideyalar həm təzəliyi, həm də gecikmədən reallaşdırıla bilmələri ilə diqqət çəkəcək. Vaxtınızı boşa verməyin, müsbət tendensiyaların təsiri hələ ki, güclüdür, dayanmayın, hərəkətə keçin. İşgüzar səfərlər uğurlu olacaq, çox mümkündür ki, belə səfərlər zamanı maraqlı, eyni zamanda romantik xarakterli tanışlıqlar olsun. Bu gün aşiq olmaq, həmçinin başqalarını özünüzə valeh etmək çox asandır.