Amerikan startapı havadan ət hazırlayıb


Digərləri 21 Noy 2019 23:20:00 267 0

Amerikan startapı havadan ət hazırlayıb

Daily Mail yazır ki,  Amerikanın Air Protein şirkıti havadan alternativ ət hazırlayıb. Onu veqanlar belə yeyə biləcək, amma hələ ki, tam satışa çıxarılmayıb.

Bundan qabaq havadan məhsullar hazırlamaq ideyası NASA-ya məxsus olub. Belə ki,  60-cı illərdə NASA karbon qazını qidaya çevirə bilən texnologiya hazırlayıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, Air Protein texnoloqları isə  NASA-nın ilkin konsepsiyasını dəyişib və mikroblara əsas hava komponenləri olan azot, oksigen və karbon qazından un hazırlamağı öyrədiblər. Məhz bu un da  əlternativ ət istehsalı üçün əsas olub. Onun hazırlanması prosesində şirkət su və qidalandırıcı mineral vasitələrdən istifadə edir.

Air Protein-də deyirlər ki, süni ətin bir porsiyasının hazırlanmasına bir neçə saat vaxt gedir və pivə və ya yoqurt istehsalı prosesini xatırladır. Şirkət bildirib ki, dad keyfiyyətlərinə görə, "hava" ət adi əti üstələmir.