Tədqiqatçılar milyarderlərin 3 əsas keyfiyyətini adlandırdılar –


Digərləri 21 Noy 2019 23:10:00 317 0

Tədqiqatçılar milyarderlərin 3 əsas keyfiyyətini adlandırdılar –

UBS və PWC tədqiqatçıları milyarderlərin riskə meyllilik, diqqətcillik və qətiyyət ilə fərqləndiklərini yazırlar. Bu keyfiyyətlər "milyarder effekti" nə gətirib çıxarır: milyarderlərin şirkətləri digərlərindən iki qat çox gəlir əldə ediblər.

UBS və PwC-ın verdiyi məlumata görə, 2003-cü ildən 2018-ci ilə qədər milyarderlərin sahib olduqları şirkətlər 17,8%, digərləri isə 9,1% gəlir əldə ediblər.

Son.az bizplus.az-a istinadən bildirir ki, tədqiqatçılar milyarderlərin fərqli düşüncə tərzinə sahib  olduqlarını söyləyirlər: onlar risk etməyi bacarırlar, digər insanların diqqət etmədikləri fürsətləri gözdən qaçırmırlar və varlı rəhbərlərdən fərqli olaraq daha çox uzunmüddətli perspektivləri düşünürlər.

Alman tədqiqatçısı Rainer Zitelmann-ın məlumatları zəngin insanların fərqli düşüncə tərzinə sahib olduqlarını bir daha təsdiq edir. Belə ki, Zitelmann mülkü 11 milyon dollardan çox olan 43 biznesmenin testlərini təhlil etmişdir. Məlum oldu ki, çox zəngin olan sahibkarlar xəyal qırıqlığının öhdəsindən daha rahat gəlirlər, adətən detallara meylli olurlar və hər zaman yeniliklərə açıqdırlar.