Model Kylie Jenner kosmetika şirkətinin 51%ni “Max Factor”a satır


Digərləri 21 Noy 2019 23:15:00 288 0

Model Kylie Jenner kosmetika şirkətinin 51%ni “Max Factor”a satır

"Max Factor" brendinə məxsus "Coty" kosmetika istehsalçısı model Kylie Jenner-in "Kylie Cosmetics" şirkətinin 51%-ni alacaq. Hər iki tərəfin nümayəndələrinin verdiyi xəbərə görə əməliyyatın məbləği 600 mln. dollardır.

Son.az bizplus.az-a istinadən bildirir ki, "Coty" "Kylie Cosmetics"-i 1,2 mlrd. dollar dəyərləndirib. Korporasiya ümid edir ki, bu əməliyyat növbəti üç il ərzində kosmetika və dəriyə qulluq seqmentində illik 1%-dən çox gəlir artımına təkan verəcək.

Qeyd edək ki, əməliyyatdan sonra 2020-ci ilin üçüncü rübündə Kylie Jenner brendin siması olacaq.