Üzdə qırışıqlıq və sızanağa səbəb bu qidalar imiş


Digərləri 21 Noy 2019 23:05:00 338 0

Üzdə qırışıqlıq və sızanağa səbəb bu qidalar imiş

Üzünüzdə sızanaq və qara nöqtələrin görünməsi, şişkinlik və s kimi problemlər adətən müxtəlif xəstəliklərin xəbərçisidir. Lakin bununla birlikdə qəbul etdiyiniz bir sıra qidalar dərinizi və üzünüzü dəyişdirə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, bəzi qidalar var ki, hətta özümüz də bilmədən üz dərimizə mənfi təsir göstərir. Belə qidalar adətən gündəlik qida rasiyonumuzda iştirak edir.  Həmin qidalardan bəzilərini təqdim edirik:

Süd Süd, sümük inkişafı üçün vacib bir qidadır. Xüsusilə körpələr və inkişaf yaşında olanlar üçün bol miqdarda içilməsi  tövsiyə olunur. A ncaq yetişkin insanlar üçün bu norma  gündə 1 stəkan ilə məhdudlaşır. Südün tərkibindəki laktoza maddəsi , çox qəbul edildikdə dəridə qara nöqtələrə və sızanaqlara səbəb ola bilər. Bəzi hallarda, göz altı bölgəsindəki  şişkinlik və üzdəki yorğunluğa səbəb də ola bilər.

Tərkibində qlüten olan qidalar Tərkibində qlüten olan qidalar yeyən insanların  üzündə sızanaqlar, qara nöqtələr və ləkələr yarana bilər. Başqa sözlə desək , qlüten üz şəklinizi dəyişə bilər.  Qlüten əsasən buğda, çovdar, arpa, yulaf və s. kimi dənli bitkilərdən hazırlanan qidalarda daha çox  olur.