TikTok'un sahibi ByteDance şirkəti öz musiqi servisi üzərində çalışır


Digərləri 21 Noy 2019 22:55:00 324 0

TikTok'un sahibi ByteDance şirkəti öz musiqi servisi üzərində çalışır

Məşhur TikTok servisinin sahibi olan ByteDance şirkəti özünün musiqi servisini istifadəyə verməyi planlaşdırır. Bu barədə Financial Times saytı xəbər verib. Məlumatda qeyd edilib ki, istifadəyə veriləcək yeni servis özündə qısa videoklipləri birləşdirəcək və həmin videoklipləri musiqilər ilə sinxronlaşdırıb dostlar ilə bölüşmək mümkün olacaq.

Son.az technote.az-a istinadən bildirir ki, bu servisin aylıq abunəlik haqqı 10$-dan aşağı olacaq. Bu isə Spotify, Apple Music və digər servislərdən daha ucuz başa gəlir. Məlumata əsasən ByteDance öz servisi üçün musiqi kataloqlarının lisenziyalaşdırılması üçün Sony, Universal və Warner şirkətləri ilə danışıqlar aparır. Güman edilir ki, yeni musiqi servisi gələn ay Braziliya, Hindistan və İndoneziya kimi ölkələrdə istifadəyə veriləcək.