“Sony” iPhoneu keçdi: yeni smartfonun kamerası 6 modullu olacaq


Digərləri 21 Noy 2019 22:45:00 283 0

“Sony” iPhoneu keçdi: yeni smartfonun kamerası 6 modullu olacaq

Şəbəkədə "Sony" şirkətinin 2020-ci ilin planları haqqında məlumat yayılıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, 2020-ci ilin əvvəlində "MWC 2020" sərgisində orta və flaqman səviyyəli bir neçə modelin təqdim ediləcəyi gözlənilir. Ən yüksək səviyyəyə malik olan "Snapdragon 865" platforması ilə təchiz olunması və beşinci nəsil 5G mobil şəbəkəsini dəstəkləməsi istisna edilməklə flaqmanlar haqqında hələ ki, heç bir informasiya məlum deyil.

Məlumata əsasən Sony Xperia-nın ən azı 4 modeli flaqman adı altında çıxacaq.

- Fevral ayında keçiriləcək "MWC 2020"də "Xperia XZ2 premium" və "Xperia 1" "Xperia 1.1" ilə əvəz ediləcək (dörd linzalı əsas kamera, 5G, 4K dəstəyi)

- Xperia XZ2 kompakt "Xperia 3" ilə əvəzlənəcək. (üçlü əsas kamera, 5G, 2K dəstəyi), debüt tezliklə reallaşacaq.