“Amazon Go”ya rəqiblər gəlir


Digərləri 21 Noy 2019 22:40:00 247 0

“Amazon Go”ya rəqiblər gəlir

"Amazon Go"-nun kassa və kassirsiz  mağazaları yenilikçi bir qərar olsa da tezliklə bu bazarda da yeni oyunçular görünəcək.

Son.az bizplus.az-a istinadən bildirir ki, mağazalardan alınan malların ödənişi tətbiq vasitəsilə həyata keçirilir.

"Grabango" və "AiFi" startapları da artıq kassasız mağazaların yaradılması istiqamətində öz təkliflərini irəli sürüblər.

"Grabango" startapı  Pittsburqda ilk "Giant Eagle" ərzaq supermarketini sınaqdan keçirir. "Amazon Go"-dan fərqli olaraq bu startapın mağazasında çoxlu kameralar var və onlar mağazada hər bir məhsulun yerləşməsinə,onların nə zaman piştaxtadan götürülməsinə nəzarət edirlər. Kameralar və datçiklər piştaxtalarda, tərəzilərdə, tavan örtüyünün daxilində və s. məkanlarda yerləşdiriliblər.