“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək


Digərləri 21 Noy 2019 22:20:00 301 0

“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək

"VKontakte" sosial şəbəkəsi 2020-ci ilin əvvəli yeni funkiyanı işə salacaq. Belə ki, gələn ilin əvvəllərindən etibarən, adıçəkilən sosial şəbəkənin istifadəçiləri digər istifadəçilərin rəylərini "dislike" etmək imkanı qazanacaqlar. Bu barədə sosial şəbəkə nümayəndələri VK Content Day konfransında açıqlama veriblər.

Son.az bizplus.az-a istinadən bildirir ki, nümayəndələrin sözlərinə görə, "dislike" etməklə istifadəçilər həmin rəyləri yazanlarla həmfikir olmadıqlarını onlarla açıq müzakirəyə qoşulmadan bildirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, oxşar funksiya YouTube-da da var. Digər sosial şəbəkələr isə istifadəçilərin rəylərini "dislike" etməyə icazə vermirlər.