“Gett” taksi xidməti NyuYorkda biznesini dayandırır


Digərləri 21 Noy 2019 22:15:00 307 0

“Gett” taksi xidməti NyuYorkda biznesini dayandırır

"Gett" taksi xidməti Nyu-York-dakı  "Juno" xidmətinin fəaliyyətini dayandırması barədə elan verib. Bunun əvəzində şirkət ABŞ-da  korporativ daşınmalar həyata keçirəcək. Bu barədə "Gett"-in rəhbəri şirkətin bildirişinə istinadən öz Facebook səhifəsində yazıb.

Son.az bizplus.az-a istinadən bildirir ki, şirkət "Lyft" taksi sifarişi xidməti ilə strateji əməkdaşlıq imzalayıb: 2020-ci ildən xidmətin korporativ müştəriləri "Gett" tətbiqi vasitəsilə "Lyft" xidmətlərindən yararlana biləcəklər. Şirkət bütün Juno sürücülərini "Lyft" komandasına qoşulmağa çağırır.

Əməkdaşlıq "Gett" şirkətinə ABŞ -da gəlirli korporativ daşınmalar fəaliyyətini genişləndirmək imkanı yaradacaq - illik bazar həcmi 1 trln. dollar.