Kia Çində yeni kupekross konseptini nümayiş etdirəcək FOTO


Digərləri 21 Noy 2019 22:01:00 232 0

Kia Çində yeni kupekross konseptini nümayiş etdirəcək  FOTO

Kia şirkəti bu gündən başlayaraq 10 noyabr tarixinə qədər Çində keçiriləcək Beynəlxalq ixracat sərgisində Futuron adlı konsept avtomobilinin nümayiş etdirəcək. İki qapıya malik olan kupeşəkilli krossover futuristik dizaynı və iri ölçülü təkər diskləri ilə seçilir. Rəvan xəttlər, yan tərəfdəki iti bucaqlar və arxa hissənin dizaynı avtomobili naməlum uçan obyektə bənzəməsini təmin edir.

Son.az autograph.az-a istinadən bildirir ki, avtomobili adı Future ("Gələcək") və On ("Qoşmaq") kəlmələrinin birləşməsindən yaranıb. Yeni konsept koreya markasının gələcək elektrokarlara olan baxışını nümayiş etdirir. Kia Futuron barədə məlum olanlar kupe-krossun avtopilot, tam ötürmə və dörd elektromotordan ibarət olan güc qurğusuna sahib olmasıdır. Güc qurğusu tutumu artırılmış batareyadan qidalanır.

Kross-kupenin qabarit uzunluğu - 4850 mm, hündürlüyü - 1550 mm, təkər bazasının genişliyi isə 3000 mm bərabərdir. Konseptin təchiz edildiyi avtopilot sistemi dördüncü səviyyədəndir və insanın idarəetmə prosesinə müdaxiləsini nəzərdə tutmur. Konsept 2+2 oturacaq formulasına malikdir. Şəkildən də göründüyü kimi, oturacaqlar parktiki olaraq üfüqi vəziyyəti ala bilərlər.