Nə üçün hər gün şorba içməliyik?


Digərləri 21 Noy 2019 21:25:00 297 0

Nə üçün hər gün şorba içməliyik?

Şorba quru yeməklərdən daha faydalıdır. Detoks kimi təsir etdiyindən xərçəng, həzm sistemi və xolesterin kimi bir çox sağlamlıq problemini həll edir.

Son.az medicina.az-a istinadən bildirir ki, xüsusilə qış aylarında immuniteti qüvvətləndirmək üçün şorbanı süfrədən əskik etməmək lazımdır. Qış aylarında qida menyunuza daxil etdiyiniz şorba çəkinizi taraz saxlamağa kömək edir.

İnsana ağırlıq deyil, toxluq hissi verir. Həmçinin, şorbanı isti-isti içdiyimizdən, onu sürətlə yeyə bilmirik. Bu da həzm prosesini yaxşılaşdırır. Şorbaların bir çox növü mövcuddur. Hər şorbanın orqanizmə faydası fərqli olduğu üçün həftə ərzində 3-4 növ şorba bişirməyə çalışın. Mövsümi tərəvəzlərlə bişirilən şorbalar tərkibindəki vitaminlər baxımından daha faydalıdır.