Bağdadda etirazlar zamanı azı 4 nəfər ölüb


Dünya 21 Noy 2019 21:32:00 293 0

Bağdadda etirazlar zamanı azı 4 nəfər ölüb

Təhlükəsizlik və tibb mənbələrinin bildirdiyinə görə, İraq təhlükəsizlik qüvvələri cümə axşamı səhər tezdən Bağdadın iki əsas körpüsü yaxınlığında toplaşan etirazçılara qarşı gözyaşardıcı qaz kanisterlərindən isitfadə edib və nəticədə 4 nəfər ölüb, 48 nəfər yaralanıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, hər iki ölümə səbəbin qaz kanistrlərinin birtbaşa baş nahiyyəsini hədəf alması olub.

Polisin verdiyi məlumata görə, etirazçılaredan biri Şinak körpüsü yaxınlığında, digəri isə ona bitişik Əhrar körpüsü yaxınlığında öldürülüb.

Xəstəxanaların verdiyi məlumatlarda isə etirazçılardan bəzilərinin canlı güllələr, digərlərinin isə rezin güllələr və qaz kanistrləri ilə yaralandıqları bildirilib.