Süddən imtina etdikdə orqanizmdə baş verəcək


Digərləri 21 Noy 2019 21:35:00 296 0

Süddən imtina etdikdə orqanizmdə baş verəcək

Bu material medicina.az saytında 10.000-ci yazıdır. Artıq 10.000 müxtəlif mövzuda, adda faydalı və ya bəzilərinin faydasız belə hesab etdikləri yazıları sizinlə paylaşdıq.

Son zamanlar dünya mətbuatında həkimlər və alimlər tərəfindən inək südünün böyük insana lazım olmaması, əksinə zərər verməsi barədə çoxsaylı yazılar, eləcə də elmi tədqiqatların şahidi oluruq.

Laktoza dözümsüzlüyü, süd və süd məhsullarından bəzi xəstəliklərin kəskinləşməsi, laktozasız dieta - trend mövzulardır.

Son.az medicina.az-a istinadən süddən imtina etdikdən sonrakı 3 ayda orqanizmində hansı dəyişikliklərin baş verəcəyini açıqlayır. Bunlar real faktlar əsasında toplanıb.

1.Sənin dərin daha təmiz və təravətli ola bilər

Bir çox allergen insanlar üçün məhz süd məhsulları dəridə səpki və aknenin səbəbidir. Elmi araşdırmalara görə, süddə testosterona bənzər hormonlar var ki, onlar  piy vəzilərini aktivləşdirir, sızanaq, akne yaradır. Düzdür, bu hər süd içəndə olmur. Məsələn, kəsmik və pendir belə bir təsir vermir. Amma süd və südün özünün qatıldığı məhsullar dəriyə mənfi təsir edə bilər. Əgər sənin üzün uzun müddətdir problemlidirsə, o zaman 3 ay müddətinə süd və süd məhsullarından imtina et, fərqə bax.

2.Sənin əlavə probiotiklərə ehtiyacın olacaq

Süd məhsulları, xüsusən qatıq, kefir təbii probiotikdir, bunlar bağırsağa vacib olan faydalı bakteriyalar olub hormonal fon və immuniteti tənzimləyir. Süddən imtina etdikdə, siz mütləq əlavə probiotik qaynaqları tapmalısız. Bunlar da marinadlaşdırılmış xiyar, duzlu kələm ola bilər.

3.Sən kökələ bilərsən