Marixuana satışında şübhəli bilinən iş adamı həbs edilib


Digərləri 21 Noy 2019 21:40:00 375 0

Marixuana satışında şübhəli bilinən iş adamı həbs edilib

Cirque du Soleil-in qurucusu Guy Laliberté Fransa Polineziyasında saxlanılıb. Le Figaro xəbər verir ki, o, öz şəxsi adasında marixuana əkib-becərməkdə təqsirləndirilib. Vəkili isə onun otu tibbi məqsədlər üçün istifadə etməsi barədə məlumatı təsdiqləyib.

Son.az bizplus.az-a istinadən bildirir ki, bir neçə həftə bundan əvvəl Laliberté-nin qohumu saxlanılıb və onun üzərindən narkotik götürülüb. Telefonunda isə sirkin qurucusunun plantasiyasının şəkilləri aşkarlanıb.

Laliberté-nin özünü isə təyyarədə həbs ediblər. Onun marixuananı yayıb-yaymaması araşdırılır.