Skoda yeni Octavia modelinin videotizerini yayıb FOTO


Digərləri 21 Noy 2019 21:30:00 262 0

Skoda yeni Octavia modelinin videotizerini yayıb  FOTO

Skoda Kamiq GT modelinin təqdimatından bir neçə saat keçdikdən sonra, çex istehsalçısı daha vacib modellərindən biri olan Octavia modelinin videotizerini dərc edib.

Son.az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş videotizerdə Skoda Octavia Combi modelinin bir sıra detalları aydın şəkildə nümayiş etdirilir. Bu əsasən yeni Octavia universalının tamamilə işıqdiodlarından hazırlanmış ön və arxa işıq texnikasıdır. İlk növbədə, çex markası Skoda həvəskarlarının sevmədiyi bölünmüş ön fənərləri arxivə göndərib - Octavia bir blokda birləşən matrisa tipli LED fənərlərə sahib olub.

18 saniyəlik videoda avtomobilin tamamilə işıqdiodlarından hazırlanmış arxa fənərləri də nümayiş etdirilir. İlk növbədə nəzərə çarpan arxa işıq texnikasının dinamik işıqlara malik olduğudur. Çox güman ki, yeni Octavia modeli öz sahibini qarşılayan zaman işıq şousu göstərəcəkdir.

Xatırladaq ki, yeni nəsil Skoda Octavia modelinin rəsmi təqdimatı 11 noyabr tarixində Praqada təşkil olunmuş tədbirdə keçiriləcəkdir. İlkin olaraq, çex istehsalçısı universal kuzovlu avtomobili nümayiş etdirəcəkdir. Liftbek kuzovuna malik olan model isə bir həftə sonra debüt edəcəkdir.