Məktəblilər konfetdən zəhərləndi


Dünya 21 Noy 2019 21:13:00 281 0

Məktəblilər konfetdən zəhərləndi

Ukraynanın Rovno vilayətində məktəblərin birində 12 şagird konfetdən zəhərlənib.

Son.az Trend-ə istinadən bildirir ki, şagirdlər xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta ağır olaraq dəyərləndirilib. İlkin müayinədən sonra onların həyatlarına təhlükə olmadığı məlum olub.

Qeyd olunub ki, həmin şagirdləri sinif yoldaşları ad günü münasibətilə konfetə qonaq edib.