Qaradağda yaşayış binasında yanğın olub


Digərləri 21 Noy 2019 20:48:00 235 0

Qaradağda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ynğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında televizor, kondisioner və ev əşyaları 2 kv.m sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.