Merilinin gözəllik sirlərindən biri


Digərləri 21 Noy 2019 20:38:00 271 0

Merilinin gözəllik sirlərindən biri

ABŞ-ın əfsanəvi aktrisası Merilin Monronun daha bir gözəllik sirri açılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölümündən 57 il keçsə də, gözəllik ikonu adlandırılan Monronun dərisinin daim parlaq olmasının səbəbi bilinib. Aktrisanın sinif yoldaşı Rene Teylor "Merilin hər gün bütün bədəninə vazelin sürtür, daha sonra 3 saat isti vanna qəbul edirdi. Bu səbəbdən dərisi çox parlaqdı" deyib.

Qeyd edək ki, Merilin Monro 1962-ci ildə yüksək dozalı narkotikdən dünyasını dəyişib.