Muğam Mərkəzində Vaqif Səmədoğluna həsr olunmuş ədəbibədii gecə keçirilib FOTO


Kriminal 21 Noy 2019 19:56:00 367 0

Muğam Mərkəzində Vaqif Səmədoğluna həsr olunmuş ədəbibədii gecə keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Xalq şairi Vaqif Səmədoğluna həsr olunmuş "Şair kimi yox, şeir kimi ölmək istəyirəm" adlı ədəbi-bədii gecə təşkil edib.

Tədbirin rejissoru Teatr sənəti fakültəsinin müəllimi Gümrah Ömərdir. Gecədə ADMİU-nun Teatr sənəti və Musiqi sənəti fakültələrinin tələbələri iştirak edib. Rejissor fraqmental kompozisiya strukturundan imtina edərək ədibin nəsr və nəzm əsərlərindən ibarət səhnələşdirmə hazırlayıb. Səhnələşdirmədə V.Səmədoğlunun "Öküz yolu" pritçasından, "Sevgilim, mən öləndə...", "Yatmaq istəyirəm...", "İçimə məhəbbət yazır...", "Əlimi uzatdım...", "Ömrün gecəsi gələndə...", "Mühit içində...", "Yorğunluq axşamıdır...", "Gərək bu ayrılıq heç...", "İndi gileydən, güzardan...", "Bu yerlər yuxu görür...", "Mənə sevib ayrılmağa...", "Eşidirsənmi?..", "Qapına qalxan pillələrin..., "Şair kimi yox, şeir kimi ölmək istəyirəm...", "Sevgilim, mən öləndə" və s. şeirərindən istifadə olunub.

Tədbirdə həmçinin Musiqi sənəti fakültəsinin tələbələrinin ifasında Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnıları səslənib. Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində bu günə kimi çoxsaylı tədbirlər təşkil edilib.