Bakıda əcnəbi vətəndaşın pulunu apardılar


Kriminal 21 Noy 2019 20:01:00 250 0

Bakıda əcnəbi vətəndaşın pulunu apardılar

Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.