Bakıda əcnəbi vətəndaşın pulunu apardılar - Kirayədə qaldığı evdən


Digərləri 21 Noy 2019 19:55:00 285 0

Bakıda əcnəbi vətəndaşın pulunu apardılar - Kirayədə qaldığı evdən

Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar.

Bakı. Samir Əli - Bakıda əcnəbi vətəndaşın pulunu aparıblar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 3 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aprılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin