Qoyduqları qadağanı özləri pozdular...


Digərləri 21 Noy 2019 18:56:00 242 0

Qoyduqları qadağanı özləri pozdular...

Rusiyanın məşhur repçisi Timatinin (Timur Yunusov)  yeni doğulan körpəsinin fotosu yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  cütlük bir neçə dəfə Ratmirin görüntülərini sosial şəbəkədə paylaşsalar da, onun üzünü gizlədiblər.

Lakin Timati və 23 yaşlı sevgilisi Anastasiya Reşetova qoyduqları qadağanı özləri "Tatler" jurnalının tədbirində pozublar. Cütlük gecədə fotoqraflara poza verərəkən bütün diqqət bir anlıq modelin əlindəki telefona yönəlib.  Belə ki, Reşetova yeni doğulan körpəsinin şəklini telefonunun ekranında yerləşdirib.