Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb (FOTO)


Digərləri 21 Noy 2019 18:33:00 440 0

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 25 faizdən çox artıb (FOTO)

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturovla görüşüb.

Bakı. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Sənaye və ticarət naziri Denis Manturovla görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı vurğulanıb ki, 2019-cu ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 25 faizdən çox artaraq 2,2 milyard ABŞ dolları təşkil edib. Qeyd olunub ki, sənaye sahəsində əməkdaşlığın mühüm istiqamətlərdən biri avtomobil və maşınqayırma sahəsidir. Tərəflər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Mikayıl Cabbarov Moskvada Rusiya Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artemyevlə də görüşüb. Rusiyada antiinhisar xidmətinin fəaliyyət istiqamətləri və görülən işlər haqqında Azərbaycanın İqtisadiyyat nazirinə ətraflı məlumat verən İ.Artemyev bu sahədə ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.