Rumıniya millisinin baş məşqçisi istefa verib


Digərləri 21 Noy 2019 18:20:00 329 0

Rumıniya millisinin baş məşqçisi istefa verib

Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib.

Bakı. Rumıniya millisinin baş məşqçisi Kosmin Kontra istefa verib. Trend-in məlumatına görə, 43 yaşlı çalışdırıcı AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışdan sonra bu qərarı verib. Rumıniya qrup mərhələsində 10 oyuna 14 xal toplayıb və 4-cü olub. Lakin komandanın Millətlər Liqasında Avropa çempionatına yollanmaq şansları qalıb. Avropa çempionatını qəbul edəcək şəhərlər arasında Rumıniyanın paytaxtı Buxarest də var.