Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


Digərləri 21 Noy 2019 17:53:24 305 0

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

26 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Bakı. 26 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib; Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları Qiymətli kağızın ISIN kodu AZ0106022756 Emissiya həcmi 15 000 000 AZN Nominal dəyəri 100 AZN İstiqrazların tədavül müddəti 1092 gün Faiz ödənişləri (olduqda) 26 may 2020-ci il, 24 noyabr 2020-ci il, 25 may 2021-ci il, 23 noyabr 2021-ci il, 24 may 2022-ci il, 22 noyabr 2022-ci il Faiz gəliri 8.5 % Ödəmə tarixi 22.11.2022 Anderrayter Paşa Kapital İŞ QSC Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.