Prezident İlham Əliyev Mahir Aslanovu ordenlə təltif etdi


Siyasət 21 Noy 2019 17:22:46 349 0

Prezident İlham Əliyev Mahir Aslanovu ordenlə təltif etdi

Prezident İlham Əliyev Mahir Aslanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.