AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək


Digərləri 21 Noy 2019 17:45:00 352 0

AzerTelecom “Türkmentel 2019” sərgisində iştirak edəcək

“AzerTelecom” 27-28 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində təmsil olunacaq.

Bakı. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” 27-28 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində keçiriləcək “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində təmsil olunacaq. “AzerTelecom”dan Trend-ə verilən məlumata görə, şirkətin Korporativ kommunikasiya şöbəsinin rəhbəri Əlimərdan Sultanovun bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak etməkdə məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, onlarla fikir və təcrübə mübadiləsinin aparılması, texnoloji yeniliklərlə tanış olmaq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsidir. Sayca 12-ci olan “Türkmentel 2019” Telekom və İT Sənayesi sərgisində Avropa və Asiya qitələrindən olan müxtəlif şirkətlərin, eləcə də Türkmənistanın yerli İKT qurumlarının iştirakı gözlənilir. Sərgidə kommunikasiya və şəbəkə, rəqəmsal biznes həlləri, İT xidmətlər, informasiya texnologiyaları infrastrukturu və data mərkəz, ERP və data təhlil, təhlükəsizlik, tədqiqat və innovasiya, və s. sahələrdə məhsullar, xidmətlər və həllər təqdim olunacaq.