Sumqayıtın 70 illik yubileyi ilə əlaqədar bir qrup şəxsə Prezidentin fərdi təqaüdü verilib
Siyasət 21 Noy 2019 16:21:00 347 0
Prezident İlham Əliyev Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Babayeva Ofelya Hacıməmməd qızı
Quliyev Təbrik Müzəffər oğlu
Maxsudov Maxsudəli Abbas oğlu
Şəfiyev Əşrəf Cavad oğlu.
Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Mənbə: milli.az