Lənkəran eyni gündə iki piyada qəzada öldü


Digərləri 21 Noy 2019 16:22:00 342 0

Lənkəran eyni gündə iki piyada qəzada öldü

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 20-də saat 18 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 20-də saat 19 radələrində isə Lənkəran şəhərinin ərazisində Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.