Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq


Digərləri 21 Noy 2019 16:31:00 306 0

Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Noyabrın 21-də axşam saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçiriləcək.

Son.az xəbər verir ki, şirkətdən APA-ya verilən məlumata görə, bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər.

Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.