Ucarda "Mercedes" yanıb


Digərləri 21 Noy 2019 16:35:00 326 0

Ucarda "Mercedes" yanıb

Ucar rayonunun Qaracallı kəndində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.