Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir FOTO


Siyasət 21 Noy 2019 16:26:00 371 0

Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir  FOTO

Bakıda səfərdə olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahını ziyarət edib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.