"Ailəmizdə yasdır" Azər toy xəbərindən danışdı


Şou-biznes 21 Noy 2019 16:04:00 359 0

"Ailəmizdə yasdır"  Azər toy xəbərindən danışdı

Aparıcı Azər İsmayılov bu gün toyu olması məsələsinə reaksiya verib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, üçüncü dəfə nikah masasına oturacağını şayiə adlandırıb. Azər bildirib ki, hazırda onların ailəsində yasdır:

"Ailə üzvlərim hazırda yasdadır. Əmim oğlu neft daşlarında suda batdı. Meyiti uzun axtarışdan sonra tapıldı. Toy yoxdur".

Azər bu haqda özünün "xeber24" "Youtube" kanalında açıqlama yayıb.