Tələbə qızların zəhərlənməsilə bağlı CİNAYƏT İŞİ AÇILDI


Digərləri 21 Noy 2019 16:20:00 288 0

Tələbə qızların zəhərlənməsilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 1 nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci(səhlənkarlıq, ehtiyatsdızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

İlkin araşdırmalara görə, zəhərlənmə qidadan baş verib.

Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə nəticəsində BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdünyasını dəyişib, daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidə isə xəstəxanaya yerləşdiriliblər

Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.