Tələbə qızların zəhərlənməsi ilə bağlı cinayət işi başlandı


Digərləri 21 Noy 2019 16:13:00 283 0

Tələbə qızların zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 1 nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 1 nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsdızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır. İlkin araşdırmalara görə, zəhərlənmə qidadan baş verib. Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə nəticəsində BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdünyasını dəyişib, daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidə isə xəstəxanaya yerləşdiriliblər (adsgarden = window.adsgarden || []).push({}); Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin