Tbilisidə Gürcüstanın hakim partiyasının sədrinə qarşı etiraz aksiyası keçirilib


Dünya 21 Noy 2019 15:44:50 298 0

Tbilisidə Gürcüstanın hakim partiyasının sədrinə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin qərargahının qarşısında etiraz aksiyası keçirilib.

Tbilisidə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin qərargahının qarşısında etiraz aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada Leyboristlər və Avropalı Gürcüstan partiyalarının gənc üzvləri iştirak ediblər.

Nümayişçilər qərargahın önünə zibil qutusu gətiriblər. Onlar hakim partiyadan olan deputatların şəkillərini həmin qutuya atıblar.

Etirazçılar zibil qutusunu qərargahın dəmir hasarına qıfılla bağlayıblar.

Aksiya iştirakçıları B.İvanişvilini “siyasi tullantı” adlandıraraq onun zibil qutusuna atılmalı olduğunu bildiriblər.

Qeyd edək ki, qonşu ölkədə etirazlar noyabrın 14-dən başlayıb. Həmin gün parlamentdə proporsional seçki sietminə keçidlə bağlı qanun səs yetərsizliyindən qəbul olunmayıb.