Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək


Digərləri 21 Noy 2019 15:41:00 287 0

Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək

Hakim vəzifəsinə namizədlərlə test imtahanı noyabrın 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, hakim vəzifəsinə namizədlər "İmtahana buraxılış vərəqəsi"ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 244 namizədin iştirakı nəzərdə tutulur.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.