“Şəxsi həyatımı altüst etdi”


Şou-biznes 21 Noy 2019 15:32:00 281 0

“Şəxsi həyatımı altüst etdi”

Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər, indi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova AzTV-də yayımlanan "Ağ və qara" layihəsində deyib:

"Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi", - deyə, o "Səni axtarıram" tele-tamaşası haqda peşmanlığını dilə gətirib.

Sənətçi məşhurlaşandan sonra "Gülnar" obrazı ilə şəxsiyyət ikiləşməsi yaşadığını bildirib:

"Gülnar"ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya "Gülnar"ı. Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də".