"Kral Travel" cərimə edilib


Sosial 21 Noy 2019 15:20:34 337 0

"Kral Travel" cərimə edilib

"Kral Travel" MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib

"Kral Travel" MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nərimanov Rayon Məhkəməsinin 4 oktyabr 2019-cu il qərarından "Kral Travel" MMC-nin təsisçisi Rövşən Tağıyev apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Kral Travel" turizm şirkətidir.