“ABŞ Koreyadakı hərbi qüvvələrini çıxarır”


Dünya 21 Noy 2019 15:09:00 241 0

“ABŞ Koreyadakı hərbi qüvvələrini çıxarır”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Koreya yarımadasındakı hərbi qüvvələrin geri çəkəcəyi ilə bağlı mediada yayılan məlumata cavab verib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, Pentaqonun açıqlamasında bu informasiyaların həqiqəti əks etdirmədiyi bildirilib.

Pentaqonun mətbuat katibi Conatan Hoffman Cənubi Koreya mediasında yayılan məlumatı belə şərh edib:

"Bu məlumatda həqiqət payı yoxdur. Müdafiə Naziri Mark Esper keçən həftə Cənubi Koreyada idi və bu ölkəyə ABŞ-ın öhdəliklərindən danışdı. Belə xəbərlər təhlükəlidir və bir mənbədən alındığı üçün xətalara yol açır".