KİV: Bağdadda nümayişçilərlə polis arasındakı qarşıdurmada 2 nəfər ölüb


Dünya 21 Noy 2019 14:57:11 313 0

KİV: Bağdadda nümayişçilərlə polis arasındakı qarşıdurmada 2 nəfər ölüb

Bağdadda nümayişçilərlə polis arasında bu gün baş verən qarşıdurmalarda 2 nəfər ölüb.

Bağdadda nümayişçilərlə polis arasında bu gün baş verən qarşıdurmalarda 2 nəfər ölüb.

“Report” “SkyNews Arabia”ya istinadən xəbər verir ki, Dəclə çayı üzərindən iki strateji körpünü keçərək paytaxtın mərkəzinə doğru irəliləyən etirazçıları dağıtmaq üçün təhlükəsizlik qüvvələri bibər qazlı qumbaralardan istifadəedib. Nəticədə 40-dək nümayişçi xəsarət alıb və zəhərlənib.

Xatırladaq ki, bu iloktyabr ayının 1-dən İraqda bəzi xidmətlərin yarıtmaz fəaliyyətinə, gənclər arasında işsizliyə, hökumət qurumlarındakı korrupsiyaya qarşı kütləvi etirazlar baş qaldırıb. Həmin hadisələr zamanı 320-dənçox insanın öldüyü bildirilir.