ASK: Sahibkarların maarifləndirici tədbirlərə ehtiyacı var


İqtisadiyyat 21 Noy 2019 14:38:37 268 0

ASK: Sahibkarların maarifləndirici tədbirlərə ehtiyacı var

“Azərbaycanda sahibkarlar qanunvericilikdə baş verən dəyişikliklər barədə tam məlumatlı deyil”

“Azərbaycanda sahibkarlar qanunvericilikdə baş verən dəyişikliklər barədə tam məlumatlı deyil”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katib əvəzi Kristina Məmmədova deyib.

“Azərbaycanda 500 sahibkar arasında sorğu keçirilib. Sorğu iştirakçılarının 69%-i özəl sektorun nümayəndələri olub. İş adamları 12 regiondan 14 iqtisadi sektoru təmsil edib. Respondentlərin 25%-ni mikro, 31%-ni kiçik, 26%-ni orta, 18%-ni iri sahibkarlar təşkil edib.

Səsvermə nəticəsində məlum olub ki, sahibkarlar qanunvericilikdə baş verən dəyişikliklərlə yanaşı, aparılan iqtisadi islahatlar, institional dəyişikliklər barədə tam məlumatlı deyil. Onların daha çox marifləndirici tədbirlərə, dövlət-özəl sektor dialoquna cəlb edilməsinə ehtiyac var. Sahibkarlar həmçinin kadr çatışmazlığından əziyyət çəkdiklərini, kadrların hazırlanma prosesindən tam razı olmadıqlarını bildiriblər”, - deyə o, qeyd edib.