"Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub"


Digərləri 21 Noy 2019 14:15:00 292 0

"Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub"

Bu ilin ilk 9 ayında Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı 159 cinayət törədilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin müddətdə uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub:

"Görülmüş işlər nəticəsində 9 ay ərzində respublikada uşaqlara qarşı törədilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 fakt, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayətlərin sayı isə 38 fakt az olub. Erkən nikahlar kifayət qədər aktual olduğu üçün Daxili İşlər Nazirliyi tərəfindən xüsusi göstərişlər hazırlanaraq yerli orqanlara göndərilib".