Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib


Siyasət 21 Noy 2019 14:17:00 276 0

Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.