Argentinada şəkər zavodunda partlayış - Ölənlər var


Digərləri 21 Noy 2019 13:25:15 260 0

Argentinada şəkər zavodunda partlayış - Ölənlər var

Argentinanın şimal-qərbindəki Jujuy əyalətində şəkər zavodunda partlayış baş verib

Bakı. Argentinanın şimal-qərbindəki Jujuy əyalətində şəkər zavodunda partlayış baş verib. Trend-in məlumatına görə, partlayışdan sonra yanğın da başlayıb. Hadisə nəticəsində 5 nəfər həlak olub. Yaralıların da olduğu deyilir. Qeyd olunur ki, partlayış spirt saxlanan çəndə baş verib. (adsgarden = window.adsgarden || []).push({}); Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin